ƏN ÇOX OXUNANLAR

MƏTBUAT İCMALI
Hərbçilərin maaşi neçe faiz artırılmalıdır?



Nəticə



Savunma Sanayi.NET Haftalýk Savunma Sanayi Haberleri Çevrimiçi Gazetesi
 
Pərviz Hacıyev: “Ehtiyatda olan hərbi qulluqçulara olan borcun ödənilməməsi Müdafiə Nazirliyi tərəfindən qanuna hörmətsizlikdir” - MÜSAHİBƏ
13:02 22-08-2009


“MilAz” İnformasiya Agentliyinin suallarını Sosial Maraqların Araşdırma Mərkəzinin rəhbəri, ehtiyatda olan polkovnik-leytenant Pərviz Hacıyev cavablandırır.

- Sizcə ölkədə Silahlı Qüvvələrin quruculuq strategiyası, Hərbi Doktrina olmadığı bir dövrdə müdafiə xərclərinin ildən-ilə kəskin artımının konkret səbəbləri nədir? Hərbi xərclərin kəskin artımı lazımınca əsaslandırılırmı?

- Hərbi xərclərin artımı labüd məsələdir. Amma məsələyə detallı şəkildə yanşa bilmirəm, çünki bu barədə kifayət qədər məlumatım yoxdur.

- Ordu üçün nəzərdə tutulmuş vəsaitdə hərbi qulluqçuların maddi təchizatı - konkret olaraq ərzaq, geyim, məvacib təminatı üçün kifayət qədər pul ayrılırmı?

- Xeyr. Misal üçün hərbi qulluqçuların aylıq ərzaq təminatı üçün ayrılmış 64 manat bu günkü bazar qiymətlərinə uyğun deyil. Bazarda qiymətlər çox bahadır. Fikrimcə, məvacib üçün də kifayət qədər vəsait ayrılmır. Bu özünü hərbi qulluqçuların hazırkı məvaciblərində görünür. Bu gün hərbçilərin məvacibi demək olar ki, əsasə yeməyə sərf olunur. Belə olmamalıdır.

- Sizcə 2009-cu ilin müdafiə büdcəsi Silahlı Qüvvələrin şəxsi heyətinin sosial təminatının gücləndirilməsinə, konkret olaraq məvacib və pensiyaların artırılmasına səbəb olacaqmı? Hərbi qulluqçuların mənzil probleminin həlli ilə bağlı hansısa işlər görüləcəkmi? Artırılmış müdafiə xərcləri bu baxımdan nə dərəcədə əsaslıdır?

- Bu il hərbi qulluqçuların məvaciblərinin artırılacağını düşünmürəm. Buna bəlkə də beynəlxalq iqtisadi böhran səbəb olub. Hərbçilərin mənzil təminatında da hər hansı irəliləyiş gözləmirəm. Ordu yarandığı dövrdən bu günədək hərbi qulluqçuların mənzil təminatı ilə bağlı atılan addımlarla əlaqədar məlumat verilməyib. Kimlərin mənzilə ehtiyacı olduğu, kimlərin növbədə durduğu aydın deyil .Amma bunlar şəffaf olmalıdır. Çox zabitlər tanıyıram ki illərlə kirayədə yaşayır. Bu gün hərbi qullquçulara mənzil kirayəsi üçün verilən vəsait də kifayət qədər deyil. Bu da hərbi qulluqçunun nüfuzuna xələl gətirir.

- Silahlı Qüvvələrdə şəxsi heyətin ixtisar edilməsi zəruriliyi mövcuddurmu?

- Fikrimcə, şəxsi heyətin ixtisarı zəruridir. Şəxsi heyətin sayı optimallaşdırılmalıdır. İslahatlar prosesində Müdafiə Nazirliyinin idarəçilik aparatında ixtisar olmalıdır. Ordu peşəkar olmalı, yaxşı təchiz və təmin olunmalıdır. Əgər biz qarşmıza inkişaf məqsədi qoymuşuqsa, texniki təchizatı yaxşılaşdırıriqsa, insan sayının çoxluğuna ehtiyac qalmır.

- Sizcə Müdafiə Nazirliyinin ehtiyatda olan hərbi qulluqçulara olan borcu (əsasən "əşya əvəzinə kompensasiya" və cəbhə xəttində xidmət edənlərə əlavə 1 qat məvacib ödəməsi) niyə qaytarılmır?

- Mənə elə gəlir ki, bu sualı Müdafiə Nazirliyinin rəhbərliyinə vermək lazımdır. Mən buna heç bir səbəb görmürəm: dövlətin imkanları var. Bu, nazirlik tərəfindən “Hərbi qulluqçuların statusu haqqında” qanuna hörmətsizlikdir.
-

- Sizcə Silahlı Qüvvələrə ayrılmış vəsait hesabına alınan silah və hərbi texnika nə dərəcədə əsalandırıılır?

- Bu barədə konkret fikir deyə bilmərəm, çünki məlumatım yoxdur.

- Silahlı Qüvvələrin perspektiv inkişafında büdcə artımının hansı rolu olacaq? 2 milyard dollara yaxın vəsaitə malik ordu 1991-2005-cü illərdə 100-300 milyon dollarlıq büdcə ilə yaşamış sələfindən nə ilə fərqlənir?

- Birincisi, əgər nəzərə alsaq ki, o dövrlə müqayisədə indi hər şeyin qiyməti artıb, o baxımdan hərbi büdcənin artımı təbii prosesdir. Dövlətin də iqtisadi maliyyə imkanları artıb. Hazırki ordu daha böyük madi imkanlara malikdir və bu da sözsüz ki, onun təchizatinda müsbət istiqamətdə özünü göstərir.

- Cəmiyyətdə Silahlı Qüvvələrin nüfuzunun, konkret olaraq hərbçi peşəsinin nüfuzunun qaldırılması üçün hansı işlər görülür? Böyük müdafiə büdcəsi fonunda cəmiyyətin Silahlı Qüvvələrə inamının artırılması prosesi gedirmi?

- Ordunun nüfuzunun artırılması istiqamətində hansı işlər görülür, bunu dövlət qurumları daha yaxşı deyə bilər. Fikrimcə, hərbçilərə fərq qoyulmalıdır, ali məktəblərə daxil olmaqdan, işə qəbul edilməkdən tutmuş bütün hallara qədər hərbi xidmət keçmişlərə üstünlük verilməlidir. Hərbi qulluqçular digər vətəndaş kateqoriyalarından fərqli, üstün təminata malik olmalıdırlar. Hərbi xidmət keçmiş vətəndaşlar yerli icra hakimiyəti qurumlarının xüsusi diqqətində olmalı, onların iş və s. problemləri həll olunmalıdədr. Hərbi əlil və şəhid ailələrinin heç bir maddi ehtiyacı olmamalıdır.

- Sizcə Müdafiəyə ayrılmış vəsaitdən düzgün istifadə olunacağına, mənimsənilməycəyinə zəmanət verilirmi? Bu istiqamətdə hüquq-mühafizə orqanları qarşısında hansı tapşırıqlar qoyulmalıdır?

- Bunu heç kim deyə bilməz. Sadəcə hər bir vəzifəli şəxs öz vəzifəsini yerinə yetirməlidir. Zəmanət qanunların icrasıdır.

"MilAz" İnformasiya Agentliyi
 
XƏBƏR XƏTTİ

TOP 100 MILITARY SITES site stats

  © Copyright 2007
Brouzerlər üçün optimaldır. Bu veb-səhifədə yer alan hər hansı fikir və məzmun heç də bizim mövqeyimizi əks etdirmir. Hər bir halda bütün hüquqları Milaz özündə saxlayır və hər hansı iddia və ya tələbə görə məsuliyyət daşımır. Website is designed & programmed & run by Farsuna