ƏN ÇOX OXUNANLAR

MƏTBUAT İCMALI
Hərbçilərin maaşi neçe faiz artırılmalıdır?



Nəticə



Savunma Sanayi.NET Haftalýk Savunma Sanayi Haberleri Çevrimiçi Gazetesi
 
Müdafiə Nazirliyi C-300 ZRK-nın alınması barədə məlumatı şərh edib
15:39 29-07-2010


“Azərbaycan planlı şəkildə öz ordusunu gücləndirir”


Azərbaycan öz Silahlı Qüvvələrini möhkəmləndirmək üçün planlı şəkildə tədbirlər həyata keçirməkdə davam edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Müdafiə Nazirliyinin mətbuat xidməti rəhbərinin müavini Teymur Abdullayev bildirilib.

“Azərbaycan planlı şəkildə öz ordusunu gücləndirir və bu istiqamətdə fəaliyyətini gələcəkdə də davam etdirəcək”, - deyə o Rusiya KİV-nin Azərbaycanın Rusiyadan С-300 PMU-2 “Favorit” zenit-raket komplekslərinin (ZRK) alması barədə məlumatı şərh edərək söyləyib.

Xatərladaq ki, Rusiyanın “Vedomosti” nəşri yazıb ki, ötən il Azərbaycan Müdafiə Nazirliyi Rusiya Federasiyasının “Rosoboroneksport” federal dövlət unitar müəssisəsi ilə iki “FAVORİT” C-300 PMU 2 zenit raket kompleksi (ZRK) divizionunun ixracına dair müqavilə imzalayıb. Bu barədə "Vedemosti" müdafiə sənayesi müəssisələrindən birinin top-meneceri və bu sistem üçün hissələrin istehsal olunduğu müdafiə zavodlarından birinin meneceri məlumat verib.

Menecerin sözlərinə görə, artıq müqavilənin icrasına başlanıb və 1-2 il ərzində tam olaraq başa çatdırılması gözlənilir. “Rosoboroneksport”un nümayəndəsi mövzu ilə bağlı şərh verməkdən imtina edib, Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov isə bu barədə məlumatının olmadığı bildirib.

Qeyd edək ki, belə zenit-raket kompleksləri Əlcəzair və Çinə ixrac olunub. Onların İrana tədarükünə dair müqavilə imzalansa da, icra olunmayıb. Belə ki, 2009-cu ilin aprel ayında Rusiya tədarükü dondurub, 2010-cu ilin iyununda BMT Təhlükəsizlik Şurası İrana qarşı qadağalar tətbiq edib ki, Rusiya da bunu C-300-un tədarükünə sanksiya kimi qiymətləndirib.

Rusiya Müdafiə Nazirliyi zabitlərindən birinin nəşrə bildirdiyinə görə, ZRK-nın tədarük olunması çətin ki, Ermənistan-Azərbaycan münasibətlərindəki balansı dəyişsin. Onun sözlərinə görə, nə Ermənistan, nə də ki, Azərbaycanın müasir hücum təyyarələri, səyyar və ballistik raketləri yoxdur. O bildirib ki, C-300 PMU-2 məhz bu sadalananlar üçün nəzərdə tutulub. Zabit hesab edir ki, Bakı bunu əldə etməklə çox güman ki, İran ətrafında vəziyyətin kəskinləşəcəyi təqdirdə gözlənilməz hadisələrdən öz təhlükəsizliyini təmin etmək niyyətindədir.

“Moscow Defense Brief” nəşrinin redaktoru Mixail Barabanovun bildirdiyinə görə, Azərbaycan tərəfindən dəyəri 300 milyon dollardan az olmayan iki C-300 ZRK-nın alınması tək-tək təsadüf edilən hadisədir. “Bu, Rusiya istisna olmaqla bütün tarixləri ərzində keçmiş Sovet respublikaları üçün ən bahalı və ən nadir hallarda təsadüf edilə biləcək yeni hərbi texnika alış-verişi hesab olunur. Lakin əvvəllər köhnə modifikasiyalı C-300 ZRK Belarus və Qazaxıstana ixrac olunub ki, o zaman da bu komplekslərin qiyməti əhəmiyyətli dərəcədə aşağı idi”, - deyə Mixail Barabanov bildirib.
 
XƏBƏR XƏTTİ

TOP 100 MILITARY SITES site stats

  © Copyright 2007
Brouzerlər üçün optimaldır. Bu veb-səhifədə yer alan hər hansı fikir və məzmun heç də bizim mövqeyimizi əks etdirmir. Hər bir halda bütün hüquqları Milaz özündə saxlayır və hər hansı iddia və ya tələbə görə məsuliyyət daşımır. Website is designed & programmed & run by Farsuna