ƏN ÇOX OXUNANLAR

MƏTBUAT İCMALI
Hərbçilərin maaşi neçe faiz artırılmalıdır?



Nəticə



Savunma Sanayi.NET Haftalýk Savunma Sanayi Haberleri Çevrimiçi Gazetesi
 
ANKARA-BAKI MÜNASİBƏTLƏRİNDƏKİ GƏRGİNLİK
11:19 29-07-2010


Zərdüşt Əlizadə: "Türkiyə görür ki, Azərbaycan rəsmi Ankaraya qarşı münasibətdə qeyri-səmimi yol tutub"


Türkiyə ilə Azərbaycan arasında viza rejiminin aradan qaldırılması ilə bağlı gedən müzakirələr heç bir nəticə vermir. Bir müddət əvvəl tərəflər problemin həllinə yaxınlaşsalar da naməlum səbəblərdən müsbət irəliləyiş olmadı. Beləliklə viza rejimi həll olunmamış qalır. Amma buna baxmayaraq Türkiyə tərəfi məsələnin müsbət həll olunması üçün əlindən gələni əsirgəmir. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç məsələni yenidən gündəmə gətirdiklərini deyib: “Türkiyə hökuməti viza rejiminin tez bir zamanda aradan qaldırılmasını istəyir və Azərbaycan tərəfinin addım atmasını gözləyirik. Türkiyəyə gedən Azərbaycan vətəndaşlarından viza tələb olunmadığı halda, rəsmi Bakı hələ də bu məhdudiyyəti saxlamaqdadır”. H.Kılıç iki qardaş ölkə arasında pasport yox, hətta şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş olmasını arzuladığını da diqqətə çatdırıb.

Biz də FaktXeber.com olaraq, Azərbaycan hökuməti niyə Türkiyə ilə viza rejimini ləğv etmir – sualı ilə politoloq Zərdüşt Əlizadəyə müraciət etdik. Politoloq qeyd etdi ki, Azərbaycan hakimiyyəti ümumiyyətlə Azərbaycan cəmiyyətindən çox çəkinir: “Bu hakimiyyət əhalini sərt şəkildə tənzimlənən və nəzarətdə olan informasiya vasitəsi ilə idarə edir. Bu mənada insanlar yalnız hökumət üçün xeyirli olan məlumatları almalı, yalnız mövcud hakimiyyəti tanıyan və onunla hesablaşan biznesmenlərlə görüşməli və nəhayət əhali dövlətdən qorxmalıdır. Bunun üçün də dövlətin repressiya aparatı bütövlükdə xalqa qarşı işləyir. Bu baxımdan həm İranla, həm də Türkiyə ilə viza rejiminin ləğvinə hakimiyyət əngəl törədir”.

Z.Əlizadə vizanın ləğvini çox ciddi maneə hesab etmir: “Əlbəttə çox ciddi maneə deyil. Amma maliyyə baxımından müəyyən gediş-gəlişə əngəl yaradır. Buna görə də Azərbaycan hakimiyyəti öz bakirəliyini qorumaq üçün kənar təsirləri mümkün qədər əngəlləyir”.

“Bir millət, iki dövlət” şüarının sadəcə söz olduğunu bildirən Z.Əlizadə qeyd etdi: “Azərbaycan hakimiyyəti söz oyununu çox sevir. Əlbəttə ki, biz bir millət deyil, iki millətik və iki dövlətik. Bunu kim müqəddəs məfhum kimi qəbul edirsə, sadəcə çox sadəlöhvdür. Türkiyə tərəfi bu cümləyə çoxdan kinayə ilə yanaşır. Əslində Azərbaycan hakimiyyəti bu məsələdə inad edir. Hesab etmirəm ki, bu inad Azərbaycan-Türkiyə münasibətində ciddi dəyişikliyə səbəb olsun. Amma hər halda Türkiyə görür ki, Azərbaycan rəsmi Ankaraya qarşı münasibətdə qeyri-səmimi yol tutub”.

Əli Mövlud,
http://faktxeber.com
 
XƏBƏR XƏTTİ

TOP 100 MILITARY SITES site stats

  © Copyright 2007
Brouzerlər üçün optimaldır. Bu veb-səhifədə yer alan hər hansı fikir və məzmun heç də bizim mövqeyimizi əks etdirmir. Hər bir halda bütün hüquqları Milaz özündə saxlayır və hər hansı iddia və ya tələbə görə məsuliyyət daşımır. Website is designed & programmed & run by Farsuna