ƏN ÇOX OXUNANLAR

MƏTBUAT İCMALI
Hərbçilərin maaşi neçe faiz artırılmalıdır?



Nəticə



Savunma Sanayi.NET Haftalýk Savunma Sanayi Haberleri Çevrimiçi Gazetesi
 
Amerika hansı Şərq ölkələrini vuracaq?
08:12 29-07-2010


Zərdüşt Əlizadə: «Əhmədinejatın bəyanatı dünyaya bir xəbərdarlıqdır»


İran prezidenti Mahmud Əhmədinejatın “Amerika yaxın 3 ayda Şərqdə iki dövlətə qarşı müharibəyə başlayacaq” bəyanatı artıq müzakirə obyektinə çevrilib. Son zamanlar İsrail və ABŞ-a qarşı sərt ifadələri ilə yadda qalan İran rəhbəri bu bəyanatı ilə nəyə işarə vurub? Şərqdə müharibə təhlükəsi realdırmı? Əhmədinejad İranı və Şimali Koreyanımı nəzərdə tutur?
Politoloq Zərdüşt Əlizadə deyir ki, İran oturuşmuş dövlətdir: «2500 il tarixi olan dövlətin kəşfiyyatı, beyin mərkəzləri və müxtəlif ölkələrdə məlumat qaynaqları var: “Əhmədnejat da prezidentdir, onun qarşısına qoyulan hesabatlar əsasında belə nəticəyə gəlir ki, ABŞ yaxın üç ayda iki Şərq ölkəsinə hücum edəcək. Bu, əslində dünyaya bir xəbərdarlıqdır. İran başa düşür ki, Amerika onları diz çökdürmək istəyir, amma müqavimət göstərir. Hər halda Əhmədnejat məlum açıqlaması ilə dedi ki, uşaq deyillər, belə planlardan və hazırlıqlardan xəbərdardırlar. Ona görə də İran hərbi gücünü artırmaqla göstərir ki, hər ehtimala qarşı müharibə də ola bilər”.

Natiq CAVADLI
www.bizimyol.az
 
XƏBƏR XƏTTİ

TOP 100 MILITARY SITES site stats

  © Copyright 2007
Brouzerlər üçün optimaldır. Bu veb-səhifədə yer alan hər hansı fikir və məzmun heç də bizim mövqeyimizi əks etdirmir. Hər bir halda bütün hüquqları Milaz özündə saxlayır və hər hansı iddia və ya tələbə görə məsuliyyət daşımır. Website is designed & programmed & run by Farsuna