|
Cənubi Qafqazın müdafiə və təhlükəsizlik sektorunda islahatlar Ukrayna və Bolqarıstan ekspertlərinin baxışında
|
09:54 14-07-2010
|
|
Bu günlərdə Azərbaycanın hərbi sahədə yeganə beyin mərkəzi olan Hərbi Analitik Tədqiqatlar Mərkəzi (HATM) İstanbulda Ukrayna və Bolqarıstan müdafiə nazirliklərinin təmsilçilərinin, hərbi sahədə fəaliyyət göstərən ekspertlərin iştirakı ilə Cənubi Qafqazın müdafiə və təhlükəsizlik sektorunda islahatlar mövzusunu müzakirəyə çıxarıb. Bu barədə "MilAz" İA-ya HATM-ın direktoru İldırım Məmmədov məlumat verib. Onun sözlərinə görə, müzakirələr zamanı xeyli maraqlı fikirlər, şərhlər və faktlar səslənib. İ.Məmmədov bütün bunların yaxın vaxtlarda işıq üzü görəcək HATM-ın xüsusi buraxılışında abunəçilərin diqqətinə çatdırılacağını bildirdi.
|