| |
Müdafiə və təhlükəsizliyimizin itkiləri - SİYAHI
|
10:49 03-07-2010
Həyatını itirənlər və yaralananlarla bağlı hesabat açıqlandı
Cəsur Sümərinli
|
|
Dəqiqləşdirilmiş rəqəmlərə görə, 2010-cu ilin yanvar - iyun aylarında Azərbaycan müdafiə və təhlükəsizlik sektorunda itkilər 45 nəfər təşkil edib, 48 nəfərsə yaralanıb (xəsarət alıb). Bu barədə "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin hazırladığı "Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun itkiləri: 2010-cu ilin ilk yarısının yekunları" adlı hesabatda bildirilir.
Mərkəzdən açıqlanan rəqəmlərə görə, müvafiq dövrdə döyüş itkiləri 8, qeyri-döyüş itkiləri isə 37 nəfər təşkil edir. Bu ilin ilk yarısında 4 nəfər xəstəlikdən, 8 nəfər düşmən gülləsindən, 8 nəfər intihardan, 12 nəfər qeyri-nizamnamə hərəkətlərindən, 12 nəfər təyyarə və avtomobil qəzalarından, 1 nəfərsə müəmmalı hal nəticəsində həyatlarını itirmişlər.
İtkilər daha çox Daşkəsən və Bakıda hərbi hissələrdə baş verib. Daha çox itkilərin olduğu digər hərbi hissələr isə Füzuli, Ağcabədi, Ağdam rayonları ərazisindədir. İlin birinci rübündə itkilərin sayı 27 nəfər, ikincisində isə 18 nəfər təşkil edib. İtkilərin tam əksəriyyəti Müdafiə Nazirliyinin, bəziləri isə Dövlət Sərhəd Xidməti və Daxili Qoşunların "pay"ına düşüb.
"Doktrina" mərkəzinin rəqəmlərinə görə, 2010-cu ilin ilk rübündə Azərbaycanın 49 hərbi qulluqçusu yaralanıb və ya müxtəlif bədən xəsarətləri alıb. Ötən dövrdə 7 nəfər düşmən gülləsindən, 15 nəfər qeyri-nizamnamə hərəkətlərindən, 1 nəfər mina partlayışından, 25 nəfərsə avtomobil qəzasından yaralanıb və ya xəsarət alıb.
"Doktrina" mərkəzinin özəl olaraq "Ayna" üçün təqdim etdiyi siyahıya görə, 2010-cu ilin 6 ayında Azərbaycan müdafiə və təhlükəsizlik sektorunun itkiləri:
Həyatını itirənlər:
1. Əsgər Cəfərov Yaşar Nemət oğlu, Murov, ürək tutması,
2. Əsgər Şahmarov Elşən İdman oğlu, Tərtər, erməni gülləsi (intihar ehtimalı),
3. Polkovnik-leytenant Gumayev Yusif Sadəddin oğlu, Daşkəsən, qətlə yetirilib,
4. Kapitan Sadıxov Vasif Miraləm oğlu, Daşkəsən, qətlə yetirilib,
5. Baş leytenant Quliyev Anar Ələddin oğlu, Daşkəsən, qətlə yetirilib,
6. Gizir Səmədov Elgün Loğman oğlu, Daşkəsən, qətlə yetirilib,
7. Əsgər Əzizov Elxan Bəyalı oğlu, Daşkəsən, qətlə yetirilib,
8. Əsgər Məmmədov Sadiq Etibar oğlu, Daşkəsən, intihar edib,
9. Gizir Əhmədov Vüsal Əlibala oğlu, Qusar, avtomobil qəzası,
10. Əsgər Əliyev İbrahim Əlifağa oğlu, Tərtər, xəstəlik,
11. Əsgər Məmmədov Sahil Novruz oğlu, Goranboy, erməni gülləsi,
12. Kiçik çavuş Fərəcov Royal Bəşir oğlu, Tərtər, erməni gülləsi,
13. Əsgər Rüstəmov David Sultanmuradoviç, Ağdam, erməni gülləsi,
14. Polkovnik Əlləz Rəcəbov, Qax rayonu, avtomobil qəzası,
15. Kiçik çavuş Hümbətov Nahid Şahid oğlu, Bakı, əsgər yoldaşının gülləsi,
16. Əsgər Fərzəliyev Fərhad Nadir oğlu, Qaradağ, avtomobil qəzası,
17. Əsgər Abduləzimov Elçin Abdulrəhim oğlu, Goranboy, intihar edib,
18. Polkovnik-leytenant Məmmədli Famil Elman oğlu, Tovuz, təyyarə qəzası,
19. Əsgər Əliyev Rövşən Qəzaxan oğlu, Tərtər, əsgər yoldaşının gülləsi,
20. Əsgər Mahmudov Vüsal Əlisehran oğlu, Bakı, müəmmalı ölüm,
21. Əsgər Məmmədov Elçin, Tovuz, əsgər yoldaşının gülləsi,
22. Gizir Hüseynov Asim Arzuman oğlu, Kürdəmir, intihar,
23. Əsgər Cabbarov Azər Nəbi oğlu, Lökbatan, avtomobil qəzası,
24. Əsgər Pənahir Vüqar Qabil oğlu, Füzuli, erməni gülləsi,
25. Əsgər Salahlı Vüsal, Ağdam, erməni gülləsi,
26. Müdavim Tağıyev Ayxan, Bakı, intihar edib,
27. Polkovnik Ramazanov Qasım, Bakı, ürək tutması,
28. Kiçik çavuş Xəlilov Samir Ağamehdi oğlu, Lerik, avtomobil qəzası,
29. Kiçik çavuş Əhmədov Pərviz Rahid oğlu, Lerik, avtomobil qəzası,
30. Əsgər Fərəcov Elnur Qaçay oğlu, Lerik, avtomobil qəzası,
31. Əsgər Nəsirov Fuad Əmiraslan oğlu, Lerik, avtomobil qəzası,
32. Əsgər Qurbanov Elçin Lələkişi oğlu, Lerik, avtomobil qəzası,
33. Əsgər Cəfərov Sənan Ələmdar oğlu, Gəncə, xəstəlik,
34. Əsgər Kərimov Elçin, Bakı, əsgər yoldaşının gülləsi,
35. Leytenant İslamov Şahin, Ağstafa, avtomobil qəzası,
36. Əsgər Bayramov Elvar Yaqub oğlu, Tovuz, əsgər yoldaşının gülləsi,
37. Əsgər Nuriyev İlqar Vətən oğlu, Beyləqan, intihar,
38. Əsgər Yusifov Xan Səfər oğlu, Füzuli, erməni gülləsi,
39. Əsgər Novruzov Cabir, Qusar, silahla ehtiyatsız davranma,
40. Gizir İbrahimov Mübariz Ağakərim oğlu, Tərtər, erməni gülləsi,
41. Əsgər Şükürov Elgün Rafiq oğlu, Füzuli, erməni gülləsi,
42. Zabit Allahverdiyev Azad Əhliman oğlu, Şəki, avtomobil qəzası,
43. Əsgər Məmmədrzayev Səfər Sərdar oğlu, Ağcabədi, intihar,
44. Əsgər Qəhrəmanov İlkin Allahverdi oğlu, Ağcabədi, əsgər yoldaşının gülləsi,
45. Əsgər Əliyev Elvin İlkin oğlu, Ağcabədi, əsgər yoldaşının gülləsi,
Yaralanan və ya xəsarət alanlar:
1. Əsgər Həsənov Rusif Yusifəli oğlu, Füzuli, erməni gülləsi,
2. Əsgər (adı açıqlanmır), Füzuli, erməni gülləsi,
3. Əsgər (adı açıqlanmır), Naxçıvan MR, intihar cəhdi,
4. Mayor Babayev Valeh Məhəmməd oğlu, Daşkəsən, əsgər gülləsi,
5. Mayor Abbasov Samir Eyvaz oğlu, Daşkəsən, əsgər gülləsi,
6. Gizir Tağıyev Natiq Ənvər oğlu, Tərtər, erməni gülləsi,
7. Əsgər Məmmədov Səxavət, Ağdam, silahla ehtiyatsız davranma,
8. Baş leytenant Musayev Elmir İlyas oğlu, Qusar, avtomobil qəzası,
9. Əsgər İbrahimov Ramil Mayıl oğlu, Qazax, mina,
10. Əsgər Adıgözəlov Elvin Murad oğlu, Ağdam, erməni gülləsi,
11. Müdavim Rüstəmov Cabbar Niyazi oğlu, Bakı, qanlı insident,
12. Müdavim Səfərov Rəmzi Bəhram oğlu, Bakı, qanlı insident,
13. Əsgər Abdullayev Tural Arif oğlu, Qaradağ rayonu, avtomobil qəzası,
14. Əsgər Talıbzadə Kamal Rais oğlu, Qaradağ avtomobil qəzası,
15. Əsgər Məmmədov Kamal Rahib oğlu, Qaradağ avtomobil qəzası,
16. Əsgər Həsənov Cavid Zakir oğlu, Qaradağ, avtomobil qəzası,
17. Əsgər Qasımov Tofiq Əlifağa oğlu, Qaradağ, avtomobil qəzası,
18. Əsgər Həsənov Bahəddin Aydın oğlu, Qaradağ, avtomobil qəzası,
19. Əsgər Hüseynov Bəhruz Bəhram oğlu, Qaradağ, avtomobil qəzası,
20. Əsgər Məmmədov Söhrab Zöhrab oğlu, Qaradağ, yol qəzası,
21. Əsgər Hacıyev Nihat Nadir oğlu, Qaradağ, avtomobil qəzası,
22. Əsgər Qasımov Seymur Telman oğlu, Füzuli, erməni gülləsi,
23. Əsgər Əliyev Mustafa, Ağdam, erməni gülləsi,
24. Əsgər Abdulkərimov Vüsal Cümşad oğlu, Lökbatan, avtomobil qəzası,
25. Əsgər Əliyev Famil Zahid oğlu, Lökbatan, avtomobil qəzası,
26. Dörd gizir (adları çəkilmir), Ağstafa, avtomobil qəzası,
27. Əsgər Musayev Asif İlham oğlu, Ağcabədi, əsgər yoldaşının gülləsi,
28. Əsgər Ələkbərov Elnur Hüseyn oğlu, Şahbuz, erməni gülləsi,
29. Əsgər Şükürov, Tərtər, intihara cəhd,
30. Əsgər Məcidov Emin, Bakı, naməlum şəxslərin hücumu,
31. Müdavim Göyüşov Mürsəl, Bakı, avtomobil qəzası,
32. Əsgər Musayev Röyal Etibar oğlu, Bakı, əsgərlər tərəfindən döyülüb,
33. Əsgər Adullayev Füzuli, Qaradağ, özünə xəsarət yetirib,
34. 12 əsgər, Lerik, avtomobil qəzası.
"Doktrina" mərkəzi hesab edir ki, cari ilin ilk yarısında baş verən itkilər ötən 5-6 ilin eyni dövrləri ilə müqayisədə təxminən 1,5 dəfə artıqdır. 2004-2009-cu illərin ilk yarısında həyatını itirənlərin sayı 30 nəfərdən artıq olmayıb. Xatırladaq ki, 2009-cu ildə Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda baş vermiş itkilərin ümumi sayı 63 nəfərdən artıq olmuşdu. Bu göstərici 2008-ci ildə ən azı 72 nəfər, 2007-ci ildə 62, 2006-cı ildə 48, 2005-ci ildə 39, 2004-cü ildə 35, 2003-cü ildə isə 75 nəfər idi.
Araşdırmalar göstərir ki, nizamnamədənkənar hadisələr həm də intiharlara, fərarilik hallarının artmasına səbəb olur. Cari ildə qeyri-nizamnamə hallarının pozulması üzündən baş vermiş itkilərin əsas səbəbləri ehtiyatsızlıq və hərbçilərin bir-birlərinə qarşı silah qaldırmasıdır.
"Doktrina" mərkəzinin hesablamalarına görə, 2003-2010-cu illərdə - 90 ay ərzində Azərbaycanın müdafiə və təhlükəsizlik sektoru ən azı 439 hərbi qulluqçusunu itirib. Onların 157 nəfəri döyüş (131 nəfəri erməni gülləsi, 22 nəfər mina və sursat partlayışı, 4 nəfər əməliyyat tədbirləri), 282 nəfəri isə qeyri-döyüş (58 nəfər intihar, 49 nəfər qəza, 90 nəfər qeyri-nizamnamə hərəkətləri, 38 nəfər bədbəxt hadisələr, 16 nəfər müəmmalı və naməlum hadisələr, 31 nəfərsə müxtəlif xəstəliklər) itkiləridir.
Müxtəlif səbəblərdən yaralanan və ya xəsarət alan hərbi qulluqçuların sayına gəldikdə, onlar 2003-cü ildən bu yana 351 nəfər təşkil edir.
Qeyd edək ki, itkilərlə bağlı rəqəmlər "Doktrina" mərkəzinin KİV və EİV üzərində apardığı monitorinq nəticəsində ortaya çıxıb. Lakin araşdırmalar göstərir ki, Azərbaycan müdafiə və təhlükəsizlik sektorunda baş verən itkilərin bir çoxu mətbuata sızmır və məlumatlara görə, bu rəqəm itkilərin ümumi sayının təxminən 25-30 faizini təşkil edir.
Beləliklə, təxmin olunan rəqəmlərə görə, 1994-cü ilin may ayından - Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsinin imzalanmasından bəri Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun itkilərinin ümumi sayı 3500 nəfərdən artıqdır.
Ekspertlərin fikrincə, 2010-cu ildə Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda baş verən itkilərin xarakteristikası güc strukturları rəhbərlərinin bir sıra addımlar atmasını zəruri edir:
- birincisi, Silahlı Qüvvələrdə mənəvi ruhun artırılması istiqamətində təxirəsalınmaz addımlar atılmalıdır. İldən-ilə orduda qeyri-nizamnamə hadisələrindən həyatını itirənlərin sayının artması qeyd edilən istiqamətdə vəziyyətin gərgin olduğunu göstərən ciddi siqnaldır. Araşdırmalar göstərir ki, Azərbaycan Ordusunda kollektiv qırğına səbəb olacaq qeyri-nizamnamə hallarının sayı getdikcə çoxalır və təəssüf ki, bu vəziyyət getdikcə adiləşir. Güc strukturları rəhbərləri əsgərləri bir-birinə qarşı silah qaldırmağa məcbur edən səbəbləri aşkar etməli, problemin kökündən həlli üçün addımlar atmalıdırlar;
- ikincisi, 2010-cu ildə ordu ilə əlaqədar şəkildə baş vermiş avtomobil qəzalarının sayının kəskin artması bu problemin müdafiə və təhlükəsizliyimiz üçün əsas "düşmən"lərdən birinə çevrildiyini göstərir. Təkcə bu il avtomobil qəzası 36 hərbi qulluqçunun həyatına, sözün əsl mənasında, təsir edib: onlardan 12 nəfəri həlak olub (bu, ümumilikdə 2003-2009-cu illərdə avtomobil qəzalarında həyatını itirənlərin 30 faizini təşkil edir!), 24 nəfəri isə xəsarət alıb. Bu məsələ doğrudan da ciddi başağrısına çevrilib. Amma hər bir problemdən olduğu kimi, bundan da çıxış yolu var: orduda avtoxidmət peşəkar əsaslara keçirilməli, orduya ixtisaslaşmış sürücülər dəvət olunmalıdır.
Müşahidələr göstərir ki, Azərbaycan Silahlı Qüvvələrində itkilərlə bağlı böhranlı vəziyyət ildən-ilə güclənsə də, proses hələ ki təhlükəli xarakter almayıb: bu durumun hələlik ordu quruculuğunda dərin kök salmaması insana ümid verir.
Lakin vəziyyəti indiki formada başlı-başına buraxmaq bizi gələcək təhlükələrdən sığortalamayacaq...
ayna.az
|
|