ƏN ÇOX OXUNANLAR

MƏTBUAT İCMALI
Hərbçilərin maaşi neçe faiz artırılmalıdır?



Nəticə



Savunma Sanayi.NET Haftalýk Savunma Sanayi Haberleri Çevrimiçi Gazetesi
 
XİN: "Bakı NATO-ya üzv olmağı önəmli hesab etmir"
11:27 19-06-2010


Belə bir bəyanatla Azərbaycanın XİN rəsmisi çıxış edib


“NATO missiyası Azərbaycanın fərdi tərəfdaşlıq planının gerçəkləşdirilməsini yüksək qiymətləndirir”. Bu sözləri Rumıniyanın Azərbaycandakı səfiri Nikolaye Ureke “NATO və Azərbaycan arasında tərəfdaşlığın perspektivləri: Azərbaycan ictimaiyyətinin gözləntiləri” mövzusunda Bakıda keçirilən konfransda bildirib.

Səfir bildirib ki, NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmonsun rəhbərlik etdiyi planın gerçəkləşdirilməsinə qiymət verilməsi üzrə missiya dünən öz işini başa çatdırıb. Hazırda planın üçüncü mərhələsi üzrə müzakirələr aparılır.

Tədbirdə iştirak edən Xarici İşlər Nazirliyinin nümayəndəsi Emin İbrahimov isə bildirib ki, Azərbaycan NATO ilə tərəfdaşlığa önəm verir və bu quruma üzv olmaq üçün prosesi davam etdirir. Amma XİN nümyəndəsi rəsmi Bakının NATO-ya üzv olmağı prioritet hesab etmədiyini deyib. Onun sözlərinə görə, NATO standartları yoxdur, bu quruma daxil olan ölkələrin milli standartları var.

 
XƏBƏR XƏTTİ

TOP 100 MILITARY SITES site stats

  © Copyright 2007
Brouzerlər üçün optimaldır. Bu veb-səhifədə yer alan hər hansı fikir və məzmun heç də bizim mövqeyimizi əks etdirmir. Hər bir halda bütün hüquqları Milaz özündə saxlayır və hər hansı iddia və ya tələbə görə məsuliyyət daşımır. Website is designed & programmed & run by Farsuna