| |
Elxan Şahinoğlu: “Azərbaycanla Türkiyə arasında hərbi-strateji anlaşma zəruridir.”
|
17:04 14-05-2010
Atlas Araşdırmalar Mərkəzinin sədri,
politoloq Elxan Şahinoğlunun haberaze.com portalına müsahibəsi:
elsah@box.az
elxan.azeriblog.com
|
|
-Elxan bəy, Hazırda medianın gündəmində olan əsas məsələlərdən biridə, Prezident administrasıyasında içtimai-siyasi şöbənin müdiri Əli Həsənov mətbuat verdiyi açıqlamasında, Türkiyə-Azərbaycan arasında hərbi-strateji müqavilənin bağlanmasının zəruriliyini qeyd etdi. Sizcə, bu, yaxınlarda belə bir sazişin imzalanması gözlənilirmi?
-Azərbaycanla Türkiyə arasında hərbi-strateji anlaşma zəruridir. Bu işdə hətta gecikmişik. Azərbaycan torpaqları işğal altında qaldıqca biz neytral qala bilmərik. Azərbaycan torpaqlarını işğal edən Ermənistan strateji müttəfiqi Rusiya ilə hərbi sahədə sazişə malikdirsə, müttəfiqinin hərbi bazasının varlığına ehtiyac duyursa, demək Azərbaycanın da strateji müttəfiqi – Türkiyə ilə hərbi anlaşmaya ehtiyacı var. Fikrimcə, Türkiyənin ilk öncə Naxçıvanda hərbi bazasının yerləşdirməsinə də yaşıl işıq yandırmalıyıq. Rəsmi Bakı bu işləri görmək üçün vaxt itirməməlidir. Yadda saxlamaq lazımdır ki, Rusiya ilə nə qədər yaxın münasibət qurmağa çalışsaq da, Moskva işğalçı Ermənistanı darda qoymayacaq. Azərbaycanın tək strateji müttəfiqi Türkiyədir.
-Azərbaycanın əksər siyasətçiləri, politoloqları neçə illərdir ki, iki dövlət arasında hərbi-strateji sazişin imzalanmasının zəruriliyini qeyd edirlər. Axırkı yuxarıda səviyyədə belə sazişin imzalanması məsələsi gündəmə gətirilir...
-İki dövlət arasında hərbi strateji saziş mütləq imzalanmalıdır. Buna ehtiyac böyükdür.
-Ümumiyyətlə, belə bir saziş imzalanarsa, rəsmi Moskvanın mövqeni bilmək maraqlı olacaqdır...
-Nə Rusiya, nə də Ermənistan etiraz edə bilər. Çünki özləri bir-birləriylə eyni səpgili münasibət qurublar. Etiraz etsələr, iki üzlü siyasətlərini biruzə verərlər.
-Bu saziş gələcəkdə Azərbaycan üçün hansı prespektivləri vəd edir? Xüsusilə Qarabağ məsələsi ilə bağlı aparılan danışıqlarda, Azərbaycanın mövqelərinin güclənməsinə təsiri ola bilərmi?
-Türkiyə ilə hərbi-strateji anlaşma Azərbaycanın mövqelərini gücləndirəcək. Kimsə bizimlə güc diliylə danışmadan öncə "görəsən Türkiyənin reaksiyası necə olacaq” sualı üzərində düşünmək məcburiyyətində qalacaq.
Söhbətləşdi: Elnur Eltürk
http://haberaze.com/haber.php?f=&sayfa_id=333333&id=2952&l=2
|
|