ƏN ÇOX OXUNANLAR

MƏTBUAT İCMALI
Hərbçilərin maaşi neçe faiz artırılmalıdır?



Nəticə



Savunma Sanayi.NET Haftalýk Savunma Sanayi Haberleri Çevrimiçi Gazetesi
 
Dünyanın ən acı bibəri ilə əl qumbarası hazırlanıb
08:09 20-03-2010


Hindistanda hərbi silah mütəxəssisləri qeyri-adi əl qumbarası hazırlayıb. ANS PRESS “Gzeteport” saytına istinadən xəbər verir ki, öldürücü təsiri olmayan bu qumbaraların tərkibi məişətdə istifadə olunan acı istiotdan 1000 qat artıq bhut jolokia bibərindən hazırlanıb. Acılığına görə Ginnesin rekordlar kitabına da düşmüş bu bibərdən hazırlanmış qumbara polis tərəfindən gözyaşardıcı qaz yerinə istifadə olunacaq.

Qeyd edək ki, qumbara partladıldığı vaxt hədəf müvəqqəti olaraq kor olacaq və bir müddət nəfəs yolu problemi ilə qarşılaşacaq. Hindistan müdafiə araşdırma və inkişafı təşkilatından R. B. Srivastava qumbaranınn zərərli olmadığını, sadəcə terrorçunu gizləndiyi yerdən çıxmağa məcbur edəcəyini bildirib. “Elə qüvvətli təsirə malikdir ki, sözün əsl mənasında boğulma hissi yaradır”.
 
XƏBƏR XƏTTİ

TOP 100 MILITARY SITES site stats

  © Copyright 2007
Brouzerlər üçün optimaldır. Bu veb-səhifədə yer alan hər hansı fikir və məzmun heç də bizim mövqeyimizi əks etdirmir. Hər bir halda bütün hüquqları Milaz özündə saxlayır və hər hansı iddia və ya tələbə görə məsuliyyət daşımır. Website is designed & programmed & run by Farsuna